23/06/2026

Azərbaycanda qatar relsdən çıxıb aşdı

Bu gün saat 11.00 radələrində Rusiya özəl şirkətlərinə məxsus üç vaqon Siyəzən rayonunun Zarat stansiyasında hərəkətdə olarkən relsdən çıxıb.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Sənubər Nəzərova məlumat verib.

O bildirib ki, vaqonların yükü taxta materiallarından ibarət olub:

“Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda vaqonların rels üzərinə qaldırılması prosesinə başlanılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır”.

Oxşar xəbərlər