26/07/2026

NATO-nun Yaxın Şərqdə ofisinin açılmasının səbəbləri göstərilir

NATO-nun Yaxın Şərqdəki yeni ofisi yeni çağırışlar və təhdidlərin axtarışı məqsədi ilə açılıb. Bunu MKİ-nin keçmiş agenti Larri Conson “Geopolitical Trends” YouTube kanalına müsahibəsində deyib.

Keçmiş kəşfiyyat rəsmisinin sözlərinə görə, NATO Ukraynadan münaqişə kimi istifadə etməklə öz məqsədlərinə nail ola bilməyib və indi yeni münaqişələri qızışdırmaqla öz mövcudluğuna haqq qazandırmaq üçün yeni yollar axtarır.

Ekspertin fikrincə, NATO öz aktuallığını qorumaq üçün yeni düşmənlər tapmağa çalışır.

Mənbə: TASS

Oxşar xəbərlər