23/07/2026

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiya rejimini qəbul etməyi planlaşdırır

İyulun 22-də keçiriləcək görüşdə Avropa İttifaqının xarici işlər nazirləri Rusiyaya qarşı Aİ-nin sentyabrda tətbiq etmək niyyətində olduğu yeni sanksiyalar rejimini müzakirə etməyi planlaşdırır. RİA Novosti xəbər verir ki, bu barədə Brüsseldə jurnalistlərə yüksək səviyyəli Avropa mənbəsi məlumat verib.

“Nazirlər Rusiyaya qarşı kibertəhlükələri və sentyabrda təsdiqlənə biləcək sanksiyalar rejimini müzakirə edəcəklər” dedi.

İyun ayında Brüsseldə keçirilən sammitdən sonra Avropa İttifaqı liderləri “xaricdə sabitliyi pozan hərəkətlərə” görə Rusiyaya qarşı yeni sanksiyalar rejiminin yaradılmasını müdafiə ediblər. Avropa Şurasının məlumatına görə, Rusiya Federasiyası guya Avropa torpaqlarında yeni əməliyyatlarla kampaniyasını gücləndirib. Aİ bu cür hərəkətlərə cavab verəcəyini vəd edib.

Mənbə: RİA Novosti

Oxşar xəbərlər