22/07/2026

Ukrayna Farionun qatilinin həbsi ilə bağlı məlumatları təkzib edir

Hazırda Ukrayna Ali Radasının keçmiş xalq deputatı İrina Farionu güllələyən şəxs haqqında heç nə məlum deyil.

Bu barədə Ukraynanın “Strana” nəşri öz Telegram kanalında məlumat yayıb.

Ukraynanın daxili işlər naziri İqor Klimenkonun dediyi kimi, onun axtarışları davam etdirilir. Belə ki, o, atəş açan şəxsin artıq saxlanıldığı iddia edilən məlumatı təkzib edib.

Bundan əvvəl Kiyevin meri Vitali Kliçko bildirib ki, Farionun qətli təxribatdır və ölkədə hüquq-mühafizə sisteminə, demokratiyaya və sabitliyə meydan oxuyur. O qeyd edib ki, hadisənin bütün halları operativ şəkildə araşdırılmalı, araşdırmanın nəticələri ictimaiyyət üçün açıq olmalıdır.

Mənbə: Sputnik

Oxşar xəbərlər