Aİ Ukraynadakı münaqişə kontekstində yeni sanksiyalar konsepsiyasını öyrənməyə başlayıb

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Ukrayna münaqişəsi kontekstində “hibrid təhdidlər” mənbələrinə qarşı sanksiya tədbirlərinin görülməsi imkanlarını araşdırmağa başlayıblar. TASS xəbər verir ki, bunu İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bildirib.

Diplomatın sözlərinə görə, Aİ xarici işlər nazirləri yeni sanksiyalar konsepsiyasını öyrənməyə başlayıblar. Hibrid təhdidlərə görə məsuliyyət daşıyanlara: təxribat törədən və ya miqrantları istismar edənlərə, kiberhücumlar həyata keçirənlərə, Rusiya Federasiyasının xeyrinə yalan məlumat yayanlara qarşı tədbir görülməsi planlaşdırılır.

Nazir həmçinin Ukrayna münaqişəsi ilə bağlı Aİ-nin birliyini dəstəklədiyini bildirib.

Mənbə: TASS

Oxşar xəbərlər