Kiyev Nyu-Dehliyə Hindistanın baş naziri Narendra Modinin Ukraynaya səfərinin tarixini bu ölkənin Müstəqillik Günü – 24 avqustda seçməsini təklif edib. Bu barədə “Indian Express” qəzeti yazır.
“Kiyev mümkün tarix kimi Ukraynanın milli bayramı olan avqustun 24-ü təklif edib, baxmayaraq ki, səfərin təhlükəsizlik vəziyyəti ilə əlaqədar elan oluna bilməsi ehtimalı var”, – nəşr yazıb.
Bildirilir ki, Hindistan tərəfi Modinin Ukraynaya səfərini də istisna etmir və bu səfər “bir neçə saat davam edə bilər”.
Mənbə: Indian Express

