İsrailin baş naziri Benyamin Netanyahu da nasist lideri Adolf Hitler kimi taleyi yaşaya bilər.
Bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb.
“Soyqırım Netanyahunun sonu soyqırımçı Hitlerin sonu ilə eyni olacaq” deyən o, bəşəriyyətin fələstinlilərin tərəfində olacağını vurğulayıb.
Türkiyə Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin xalqını dəstəkləməklə “insanlığın vicdanının səsinə” çevrilib.

