Gürcüstanın Konstitusiya Məhkəməsi ölkə prezidentinin, deputatların və qeyri-hökumət təşkilatlarının xarici agentlər haqqında qanunun qadağan edilməsi ilə bağlı iddialarını birləşdirəcək.
TASS bu barədə məhkəmənin sədri Merab Turava istinadən xəbər verir.
“Artıq Gürcüstan prezidentinin və qeyri-hökumət təşkilatlarının iddiaları bir işdə birləşdirilib. İndi onlara parlament üzvlərinin iddiası da əlavə olunacaq”, – deyə Turava bildirib.
Bundan əvvəl Gürcüstan prezidenti Salome Zurabişvili, 120-yə yaxın qeyri-hökumət təşkilatı və 38 müxalifətçi deputat Konstitusiya Məhkəməsinə müraciət edərək xarici agentlər haqqında qanunun fəaliyyətinin dayandırılmasını və sonradan onun ləğv edilməsini tələb ediblər.

