Birləşmiş Ştatlar Ukraynaya göndərilən onlarla F-16 döyüş təyyarəsini Amerika raketləri və digər “mütərəqqi silahlarla” təchiz edəcək.
Bu barədə “Wall Street Journal” amerikalı rəsmilərə istinadən məlumat yayıb.
“Birləşmiş Ştatlar Ukraynaya göndərilən onlarla F-16 qırıcısını Amerika raketləri və digər qabaqcıl silahlarla təchiz etməyə razılıq verib”, – nəşr qeyd edir.
Məqalədə bildirilir ki, Vaşinqton təyyarəni AGM-88 HARM hava-yer raketləri, AMRAAM və AIM-9X hava-hava raketləri, kiçik diametrli bombalar, eləcə də yüksək dəqiqlikli istiqamətləndirmə sistemləri ilə silahlandırmaq niyyətindədir.
Mənbə: A haber

