ABŞ prezidentliyinə namizəd Donald Tramp Truth sosial şəbəkəsində zarafat edib ki, vitse-prezident Kəmalə Harrisin reytinqi aşağı düşməyə başlayandan sonra demokratlar Co Baydeni yenidən dövlət başçısı vəzifəsinə irəli sürə bilərlər.
“Növbəti kimin namizədliyini irəli sürəcəklər? Baydenin geri qayıtması necədir?” – Tramp yazıb.
ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək. Ehtimal edilirdi ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden Demokratlar Partiyası tərəfindən namizəd göstəriləcək. Lakin iyulun 21-də o, yarışdan çıxdığını elan edib və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəkləyib. ABŞ-ın keçmiş prezidenti Donald Tramp Respublikaçılar Partiyasından seçkilərdə iştirak edir.
Mənbə: CNN Türk

