Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp qarşıdan gələn seçkilərdə qalib gələcəyi təqdirdə Rusiya Federasiyası və Çinlə münasibətləri yaxşılaşdıracağına söz verib.
Bu barədə RİA Novosti yazır.
Agentliyin məlumatına görə, keçmiş amerikalı lider bloger Faroq Sarmada müsahibəsi zamanı müvafiq bəyanatla çıxış edib. Söhbət zamanı o, Pekini və Moskvanı Vaşinqtonun düşməni hesab etmədiyini vurğulayıb.
Bundan əlavə, keçmiş dövlət başçısı Ukraynadakı silahlı münaqişəyə son qoymaq arzusunu ifadə edib.

