19/06/2026

Şuşada mikroavtobus aşdı: Çox sayda xəsarət alan var

Şuşada ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, mikroavtobus yoldan çıxaraq aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişinlərdən doqquzu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər