08/06/2026

Mask süni intellektdən istifadə edərək oyunlar inkişaf etdirmək planlarını açıqlayıb

Amerikanın startap şirkəti xAI öz fəaliyyətində süni intellektdən istifadə edəcək oyun inkişaf etdirmə studiyası açacaq.

Bu barədə amerikalı sahibkar, Space X və Tesla şirkətlərinin yaradıcısı İlon Mask X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində məlumat verib.

“Həddindən artıq çox oyun studiyaları böyük korporasiyalara məxsusdur. xAI oyunları yenidən möhtəşəm etmək üçün AI oyun studiyası açacaq!” – paylaşdı.

xAI 2023-cü ilin martında Musk tərəfindən təsis edilib. Onun məqsədi qabaqcıl riyazi düşünmə qabiliyyətinə malik süni intellekt yaratmaqdır.

Oxşar xəbərlər