23/07/2026

Tramp Rusiya Mərkəzi Bankının aktivlərinə qarşı sanksiyaları ləğv edə bilər

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynaya olan kreditə yenidən baxılması üçün Rusiya Mərkəzi Bankının aktivlərini donduran Rusiya əleyhinə sanksiyaları ləğv etməyə cəhd edə bilər. Bu barədə Amerikanın “The New York Times” qəzeti yazır.

“Tramp Rusiya Mərkəzi Bankının aktivlərini dondurulmuş saxlayan sanksiyaları ləğv etməklə krediti məhv etməyə cəhd edə bilər”, – nəşr yazır.

Nəşr xatırladır ki, ABŞ prezidenti Co Baydenin administrasiyası artıq Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən alınan faizlər hesabına ödəniləcək “kredit şəklində çox ehtiyac duyulan iqtisadi yardım” göstərərək Ukraynaya 20 milyard dollar köçürüb.

Oxşar xəbərlər