“Əlilliyi olan şəxslərlə sosial iş” mövzusunda maarifləndirmə sessiyası keçirilib

15 noyabr 2022-ci il tarixində “Əlilliyə erkən yardım Portec Şəbəkəsi” İctimai Birliyinin sədri Gülnarə Pənahova Bakı Biznes Universitetində sosial iş ixtisası üzrə təhsil alan tələbələrə “Əlilliyi olan şəxslərlə sosial iş” mövzusunda maarifləndirmə sessiyası keçirmişdir.

İctimai.az xəbər verir ki, interaktiv sessiya zamanı əlilliyi olan şəxslərin müsbət imicini formalaşdırmaq məqsədilə sosial çarx nümayiş etdirilmiş, video ətrafında müzakirələr edilmiş, tələbələrin əlilliyi olan şəxslərə münasibətini öyrənmək üçün tələbələr arasında şifahi sorğu keçirilmişdir.

Daha sonra əlilliyi olan şəxslər üçün inklüziv cəmiyyətin inkişafında, ƏOŞ-rin cəmiyyət tərəfindən qəbul edilməsi üçün , düzgün yanaşmaların  təşviqi və təbliği prosesində sosial işçilərin rolu barədə məlumat verilmişdir, bu prosesdə sosial işçilərin hansı keyfiyyətlərə malik olması barədə müzakirələr edilmişdir.

Oxşar xəbərlər