22/07/2026

“Ağcabədidə erkən uşaqlıq dövrünün inkişafı üçün ev ziyarəti proqramının təşkili” pilot layihəsini həyata keçirilib

«Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi» İctimai Birliyi  UNİCEF-in Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda ən  həssas qruplara daxil olan uşaqlar üçün icma və ailə əsaslı inteqrasiya olunmuş sosial xidmətlərin yaradılması” proqramı çərçivəsində “Ağcabədidə erkən uşaqlıq dövrünün inkişafı üçün ev ziyarəti proqramının təşkili” pilot layihəsini həyata keçirmiş və 2022-ci ilin iyun ayında uğurla başa çatdırmışdır. Layihənin yerli partnyorları Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta və TƏBİB olmuşlar.Layihənin məqsədi ev ziyarəti xidmətlərini təkmilləşdirməklə ailənin rifahını yaxşılaşdırmaq və  uşağın ailədə yaşamasını təmin etməkdir.

ÜST və UNİCEF tərəfindən aparılan tədqiqatlar göstərir ki, mövcud İlkin Səhiyyə xidmətləri çərçivəsində həyata keçirilən ev ziyarətləri beynəlxalq standartlara cavab vermir. Qısamüddətli ev ziyarətləri patronaj tibb işçilərinin yalnız  uşağın fiziki sağlamlığı, növbəti müayinəsi və yaxud peyvəndin vaxtı ilə baglı qısamüddətli söhbəti ilə məhdudlaşır. Patronaj tibb işçisi ev ziyarəti zamanı erkən uşaqlıq dövründə uşağın üzləşdiyi və onun inkişafına və  gələcək həyatına mənfi təsir göstərə biləcək sosial riskləri qiymətləndirmir.

İlkin Səhiyyə xidmətlərinin beynəlxalq keyfiyyət tələblərinə uyğunlaşdırma\q məqsədilə  ÜST və UNİCEF-in hazırladığı  Universal Progressive Ev ziyarəti Modeli Azərbaycanın Gəncə, Şirvan, Bakı şəhərinin  Abşeron rayonu və Ağcabədi bölgələrində uğurla  sınaqdan keçirilmişdir.

Ağcəbədi rayonunda Ev  Ziyarəti xidmətlərinin gücləndirilməsi məqsədilə  ÜST və UNİCEF tərəfindən hazırlanan Universal və Mütərəqqi Ev Ziyarətləri Modeli üzrə təlim paketinə əsasən Ağcabədi rayonunda 30 səhiyyə işçisi və GHT nümayəndələrinə təlimlər keçirilmişdir. Təlim sessiyaları erkən uşaqlıq dövrü inkişaf sahəsində uzun müddət təcrübəyə malik təlimçi həkim və sosial işçilər tərəfindən təqdim edilmişdir. Təlim zamanı iştirakçılara ana südünün əhəmiyyəti, əlavə qidadan  istifadə qaydaları, həmçinin erkən uşaqlıq dövrünün uşağın gələcək həyatında rolu, ataların uşaq inkişafı prosesində iştirakının əhəmiyyəti, uşağın inkişafı üçün vacib, həmçinin onun inkişafına mənfi təsir göstərə biləcək amillər  və  fərqli inkişaf edən uşaqlara aid mövzular təqdim edilmişdir. İlkin Səhiyyə xidmətlərinin beynəlxalq keyfiyyət tələblərinə uyğunlaşdırmaq üçün  ÜST və UNİCEF-in Universal Progressive Model (UPM) təklif edir.

Yeni ev ziyarəti modeli, bu xidmətdə patronaj tibb bacılarının yeni rolu, həmçinin valideynlərin üzərinə düşən yeni məsuliyyətlərlə bağlı ətraflı  məlumat vermək istərdim. Universal Proqressiv Modelin məqsədi erkən yaş dövründə uşaqların sağlamlığını qorumaq və uşaq  üçün əlverişli təhlükəsiz bir mühit yaratmaqla həm ailənin, həm uşağın rifahını qaldırmaqdır. Prenatal dövr də daxil olmaqla, erkən uşaqlıq dövründə uşaqlara və analara patronaj tibb işçisi tərəfindən göstərilən təkmilləşdirilmiş unikal model ailə və uşağın ev  mühitində dərindən qiymətləndirilməsini, ailə və uşağın üzə çıxarılan ehtiyaclarını nəzərə alan unikal icma-əsaslı xidməti nəzərdə tutur.

Patronaj tibb işçilərinin yeni rolu:

  • ailə və uşaq ilə ev  mühitində görüşür
  • valideynləri erkən uşaqlıq dövrünün vacibliyi ilə bağlı maarifləndirir
  • erkən uşaqlıq dövründə uşağın üzləşdiyi və onun inkişafına, gələcək həyatına mənfi təsir göstərə biləcək sosial riskləri qiymətləndirir
  • uşağın saglamlığına nəzarət edir
  • ailələr arasında yeni münasibətlərin inkişafına kömək edərək icmaların inkişafına dəstək verir
  • Uşağın maraqlarını əsas tutaraq valideynləri səlahiyyətləndirir
  • valideynə ev mühitində uşağın inkişafı üçün əlverişli mühit yartmağa kömək edir
  • ailəni və uşağı mövcud sosial xidmətlərə yönəldir
  • valideynləri və uşağa qulluq edən digər şəxsləri erkən yaşlarından uşağın fiziki, sosial və emosional, qavrama, ünsiyyət və gündəlik həyat bacarıqlarının inkişafına xüsusi diqqət yetirməyə həvəsləndirir
  • ehtiyac olduğu halda riskin azaldılması üçün səhiyyə, sosial və təhsil xidmətləri arasında dəstək və əməkdaşlığın qurulmasına dəstək verilir
  • Valideynlərlə\uşağa qulluq edən digər şəxslərlə, ev ziyarətçiləri ilə, təhsil, səhiyyə , social müdafiə, polis, və icmadakı digər xidmətlərlə uşağın\ ailənin maraqları əsasında professional münasibətlər qurur

Valideynin yeni rolu:

  • ev ziyarətləri zamanı əsas partnyor kimi çıxış edir
  • erkən uşaqlıq dövrü inkişafının əhəmiyyəti barədə məlumatlanır
  • uşağın müvəkkili olmaq üçün səlahiyyətllənir
  • ev ziyarətçisinin uşaqla bağlı tapşırıqlarını yerinə yetirir
  • ev mühitində uşağın davranışlarını müşahidə edir
  • ev ziyarətçisi ilə birlikdə uşağın inkişafı üçün növbəti addımları planlaşdırır
  • uşağın fiziki, sosial və emosional, qavrama, ünsiyyət və gündəlik həyat bacarıqlarının inkişafına dəstək verir
  • uşağın maraqları naminə icmada yeni əlaqələr qurur, maarifləndirmə prosesində iştirak edir

Erkən uşaqlıq dövrü insanın həyatında vacib mərhələdir. Bu dövrdə uşağın inkişafına qoyulan sərmayə uşağin şəxsiyyət kimi formalaşmasında, hüquqlarının qorunmasında, ailənin bütövlüyünün təmin edilməsində, uşağın ailə mühitində valideyn qayğısı ilə böyüməsində, ailənin rifahının yaxşılaşdırılmasında böyük rol oynayır.

Bütün valideynlər övladlarının hərtərəfli inkişafını, uğurlu gələcəyini təmin etmək üçün güclü istək və həm də potensiala malikdirlər, lakin çox zaman bu potensialın üzə çıxarılması və istəyin həyata keçirilməsi üçün kənardan veriləcək dəstəyə ehtiyacı olur. Belə bir dəstək göstərilməsi uşağın gələcək həyatı üçün uğurlu baslanğıc ola bilər, çünki uşağın inkişafına ailənin sosial igtisadi statusu deyil, ailədəki münasibətlər, böyük sevgı, qayğı daha çox təsir edir. Patronaj tibb bacıları tərəfindən göstərilən ev ziyarətləri xidmətləri  valideynərə dəstək olmaqla yanaşı, həm də onların validynlik bacarıqlarının inkişaf etdirliməsi xidməti kimi də qiymətləndirilə bilər.

Oxşar xəbərlər