23/07/2026

 “Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi”İctimai Birliyinin nümayəndələri qala gecədə iştirak edib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş 2022-2026-cı illərdə ölkəmizin sosial-iqtisadi inkişaf Strategiyasının icrası ilə bağlı 4 həftə ərzində həyata keçirilən “İnklüzivlik ayı” layihəsi sona çatması ilə bağlı qala gecəsi keçirilmişdir.

Layihənin məqsədi əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, onların asudə vaxtlarının səmərəli keçirilməsi və Korporativ Sosial Məsuliyyətlilik çərçivəsində dövlət və özəl təşkilatlarla əlaqələrin inkişaf etdirilməsidir.

10 İyul 2024-cü il tarixində keçirilən tədbirdə  “Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi”İctimai Birliyini təşkilatın idarə heyətinin üzvü Lamiyə Rzayeva Əhmədli və təşkilatın Sosial iş departamentinin rəhbəri Emin Mehdizadə təmsil etmişlər.

Oxşar xəbərlər