“Gənclərin Maarifləndirilməsinə Kömək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Fayda Var” proqramı çərçivəsində ilk təlim keçirildi. Təlim proqramının məqsədi gənclərin liderlik bacarıqlarını inkişaf etdirmək, onlara şəxsi və peşəkar həyatda uğur qazanmaq üçün zəruri bilik və bacarıqlar aşılamaqdır.
Proqram çərçivəsində təşkil olunan ilk görüş Mehdi Qəniyev tərəfindən keçirildi. Təlimdə gənclərə məqsəd qoyma, effektiv ünsiyyət qurma və komandada işləmə bacarıqları ilə bağlı praktik bilgilər təqdim olundu.
Proqramda Təlimlər:
Proqram çərçivəsində bir çox maraqlı təlimlər keçiriləcək:
1. Liderlik Məktəbi: Gənclərə liderlik keyfiyyətlərinin inkişafı üçün strateji yanaşmalar öyrədilir.
2. Uğur Sənəti: Məqsəd qoyma, motivasiya və uğura aparan yollar haqqında dərslər.
3. Satış Bacarıqları: Effektiv satış texnikaları və biznes kommunikasiya bacarıqları

