23/07/2026

Kütləvi zəhərlənmə olduğu deyilən bağçanın müdiri polisə müraciət etdi

“Esmanur” Tədris İnkişaf Mərkəzinin rəhbəri İlahə Xuduqızının Abşeron Rayon Polis İdarəsinə müraciəti daxil olub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov bildirib.

E.İbrahimov əlavə edib ki, məsələyə hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.

Oxşar xəbərlər