11/06/2026

Bərdədə yas mərasimində kütləvi zəhərlənmə

Bərdə rayonunun Həsənqaya kəndində yas mərasimində kütləvi zəhərlənmə qeydə alınıb. Onların dəm qazından zəhərlənməsi ehtimal edilir.

İctimai.az xəbər verir ki, 10-dan çox şəxs ürəkbulanma, halsızlıq şikayətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Xəstəxanaya çatdırılan şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra 1 nəfər xəstəxanada saxlanılaraq, qalanları evə buraxılıb.

Oxşar xəbərlər