22/07/2026

Polşa öz qoşunlarını Ukraynaya göndərməyəcək

Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış Varşavanın Ukraynaya Polşa əsgərlərini göndərməyəcəyini bildirib.

Bu barədə RİA Novosti məlumat yayıb.

“Hər kəs çox gözəl bilir ki, heç kimin Ukraynaya qoşun yeritmək niyyəti yoxdur”, – deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, Varşavanın Ukraynaya qoşun yeritmək niyyətində olduğundan şübhələnənlər polyakları qarşıdurmaya salmağa və onların arasına “qeyri-müəyyənlik toxumu” səpməyə çalışırlar; Polşanın müdafiə qabiliyyətinə xələl gətirirlər.

Oxşar xəbərlər