08/06/2026

Azərbaycanda qəzada 20 nəfər xəsarət aldı

Ağdam-Füzuli yolunda mikroavtobus aşıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, hadisə bu gün səhər saatlarında yolun 22-ci kilometrliyində baş verib.

Belə ki, “Ford” markalı mikroavtobusun aşması nəticəsində 20 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırmalar aparılır.

Oxşar xəbərlər