23/07/2026

Britaniya ordusuna bazalarını təhdid edən pilotsuz təyyarələri vurmağa icazə veriləcək

Teleqraf.com mənbələrə istinadən xəbər verir ki, Böyük Britaniyada hərbi qulluqçulara bazalarını təhdid edən pilotsuz təyyarələri vurmağa icazə veriləcək.

Məqalədə deyilir: “Qoşunlara Böyük Britaniyanın hərbi bazalarını təhdid edən pilotsuz təyyarələri vurmaq üçün yeni səlahiyyətlər veriləcək”.

Jurnalistlər qeyd ediblər ki, Böyük Britaniyanın müdafiə naziri Con Healey bu addımı bazar ertəsi, oktyabrın 20-də elan etməyi planlaşdırır. Mənbə əlavə edib ki, icazə yalnız hərbi obyektlərə şamil olunacaq.

Oxşar xəbərlər