21/07/2026

Litva bir şərtlə Belarusla sərhədini açacağını açıqlayıb

Litva ərazisi üzərində, ehtimal ki, Belarusdan uçan hava şarları ilə bağlı məsələ nəhayət həll olunarsa, iki ölkə arasında sərhəd yenidən açıla bilər.

LRT-nin məlumatına görə, bunu Litva parlamentinin spikeri Yuozas Olekas deyib.

“İndi görülən tədbirlər öz təsirini göstərəcək – son günlər hava şarları yox idi. Belarus rejiminin reaksiyasından asılı olmayaraq, biz hələ də həyatın davam etməsini və sərhədlərin bir gün yenidən açılmasını istəyirik”, – o vurğulayıb.

Oxşar xəbərlər