20/06/2026

Orban Putin və Tramp arasında Budapeştdə mümkün görüşü açıqlayıb

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp tezliklə görüşə bilərlər, Macarıstanın Baş naziri Viktor Orban Magyar Nemzet-ə müsahibəsində bildirib.

O bildirib ki, danışıqlara başlamazdan əvvəl bir-iki məsələni həll etmək lazımdır.

“Əgər bunlar həll olunarsa, bir neçə gün ərzində Budapeştdə sülh sammiti keçirilə bilər”, – Orban qeyd edib.

O, belə bir görüşün Ukraynada sülhün bərqərar olması istiqamətində bir addım ola biləcəyinə əmin olduğunu bildirib.

Oxşar xəbərlər