16/06/2026

Avropa fon der Leyenin rəhbərlik etdiyi yeni kəşfiyyat agentliyi yaradacaq

Financial Times-ın mənbələrə istinadən verdiyi məlumata görə, Avropa Komissiyası (AK) Avropa İttifaqının prezidenti Ursula fon der Leyenin rəhbərlik etdiyi yeni Aİ kəşfiyyat orqanı yaratmaq niyyətindədir.

FT mənbələrinə görə, Avropa Komissiyası “öz təhlükəsizlik və kəşfiyyat imkanlarını gücləndirmək yollarını araşdırır”.

Britaniya qəzetinin yazdığına görə, “bu yanaşmanın tərkib hissəsi kimi xüsusi qurumun yaradılması nəzərdən keçirilir”.

Bundan əlavə, Aİ Rusiya, Çin və digər ölkələrdən yayılan dezinformasiya ilə mübarizə üçün ixtisaslaşmış mərkəz yaratmaq niyyətindədir.

Oxşar xəbərlər