22/07/2026

Putin ABŞ ilə ərazi mübahisələri fonunda Danimarka ilə bağlı narahatedici bir faktı xatırlatdı

Russian President Vladimir Putin delivers his annual address to the Federal Assembly, in Moscow, Russia, February 29, 2024. Sputnik/Sergey Guneev/Kremlin via REUTERS ATTENTION EDITORS - THIS IMAGE WAS PROVIDED BY A THIRD PARTY.

Danimarkanın artıq ərazilərini ABŞ-a satmaq təcrübəsi var. Kremlin saytında yer alan məlumata görə, Rusiya Prezidenti Vladimir Putin bunu Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündə bildirib.

“Danimarka və ABŞ-ın bu məsələdə öz təcrübələri var”, – deyə Rusiya lideri bildirib.

O, Danimarkanın 1917-ci ildə Virgin adalarını ABŞ-a satdığını xatırladıb.

Qrenlandiyadan danışan Putin qeyd edib ki, Danimarka adaya həmişə “müstəmləkə kimi” və “qəddar olmasa da, olduqca sərt” yanaşıb. Dövlət başçısı ümid etdiyini bildirib ki, ABŞ və Danimarka sonda “hər şeyi yoluna qoyacaq”.

Oxşar xəbərlər