22/07/2026

Şəmkirdə 65 yaşlı kişi yıxılıb öldü

Şəmkir rayonunda 65 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Seyfəli kəndində baş verib.

Kənd sakini 1961-ci il təvəllüdlü Arzuman Məmmədov yaşadığı evin həyətində iş görərkən nərdivandan yıxılıb ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər