Kubada daha bir tam elektrik kəsilməsi baş verib

Kubada daha bir qlobal elektrik kəsintisi baş verib. Ölkənin Energetika Nazirliyi bu barədə sosial mediada məlumat verib.

Yazıda deyilir: “Milli elektrik şəbəkəsi tamamilə bağlanıb”.

Elektrik enerjisinin bərpası üçün heç bir müddət müəyyən edilməyib. Nazirlik yalnız bərpa protokollarının artıq hazırlandığını qeyd edib.

Oxşar xəbərlər