22/07/2026

TƏBİB-dən jurnalistin ittihamlarına CAVAB

Jurnalist Həmid Həmidov Gəncədə koronavirusdan ölən 12 nəfərin meyitinin dəyişik düşdüyünə dair məlumatı ictimailəşdirib. Həmin məlumatda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ittiham olunub.

Məsələ ilə bağlı TƏBİB-dən Modern.az-a bildirilib ki, qurum ölkə üzrə tabeliyində olan bütün xəstəxanalarda stasionar müalicə ilə məşğul olur:

“Xəstənin xəstəxanada ölməsi hallarında isə cəsəd Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilir. Sözügedən quruma TƏBİB nəzarət etmir”.

Oxşar xəbərlər