Finlandiya rusiyalı rəssam Repinin vətəndaşlığını dəyişdirib

Finlandiyada rusofobiya absurd həddinə çatıb. Bunu Rusiyanın Helsinkidəki səfiri Pavel Kuznetsov Finlandiyanın əsas incəsənət muzeyi olan Ateneumun rus rəssamı İlya Repinin vətəndaşlığını “Ukrayna” olaraq dəyişdirmək qərarını şərh edərkən bildirib.

Səfir qeyd edib ki, “Təəssüf ki, rusofobiya mədəniyyət sahəsinə də təsir edib. Bu, absurd həddinə çatır”.

İlya Repin 5 avqust 1844-cü ildə Rusiya İmperiyasının Xarkov quberniyasının Çuguev şəhərində anadan olub. O, doğma şəhəri Moskva, Sankt-Peterburq, İtaliya və Fransada yaşayıb və rəsm çəkib. 1903-cü ildən son günlərinə qədər rəssam Kuokkala kəndindəki mülkündə yaşayıb. O dövrdə bura Finlandiya Böyük Hersoqluğunun bir hissəsi idi və hazırda Sankt-Peterburqun Kurortnı rayonunun bir hissəsi olan Repino kəndidir.

Oxşar xəbərlər