Polşa xarici işlər naziri Ukraynanın Avropa Birliyinə sürətləndirilmiş üzvlük tələbini rədd etdi

Polşa Ukraynanın Avropa Birliyinə sürətləndirilmiş şəkildə qoşulmasına icazə vermək niyyətində deyil.

Bu barədə xarici işlər naziri Radoslav Sikorski RMF FM radiosunda bildirib.

Onun sözlərinə görə, Avropa Komissiyası Ukraynanın Avropaya inteqrasiyasını sürətləndirməyi düşünür. Sikorski əmin edib ki, bu, baş verməyəcək.

Nazir bildirib ki, Polşa Ukraynanın Varşavada olduğu kimi, üzvlük üçün bütün zəruri şərtləri yerinə yetirməsində israr edir.

Oxşar xəbərlər