Qazaxıstan “Drujba” boru kəməri ilə neft tranzitinin mümkünsüzlüyü barədə siqnal alıb

Qazaxıstan may ayında Drujba boru kəməri ilə yanacaq daşınmasının mümkünsüzlüyü barədə qeyri-rəsmi məlumat alıb.

Bu barədə jurnalistlərə Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov məlumat verib.

“Mən bu məlumatı qeyri-rəsmi mənbələrdən aldım”, – deyə o bildirib və əlavə edib ki, Rusiyadan hələlik rəsmi açıqlama olmayıb.

Onun sözlərinə görə, may ayında Atırau-Samara vasitəsilə Drujba boru kəməri istiqamətində və oradan Şvedtdəki neft emalı zavoduna tranzit sıfır olacaq. Bu, onun Drujba boru kəməri ilə Qazaxıstan neftinin tranzitinə qoyulan məhdudiyyətlərlə bağlı suala cavabı olub.

Oxşar xəbərlər