Kolumbiya Universitetinin Lamont-Doherti Yer Rəsədxanası və Turkana Hövzəsi İnstitutunun araşdırmalarına istinadən Polşa radiostansiyası RMF24-ün məlumatına görə, alimlər Afrika qitəsinin sürətlə parçalanması və yeni okeanın əmələ gəlməsi barədə məlumat veriblər.
“Məlum olur ki, Afrika əvvəllər düşünüləndən daha çox ayrılığa yaxındır. Qitənin şərq hissəsinin səthinin altında, məşhur Turkana Rift bölgəsində Yer qabığı kritik nazikliyə çatıb”, – deyə nəşr bildirir.
Alimlər kontinental parçalanmanın çox inkişaf etmiş mərhələdə olduğunu vurğulayıblar; riftin mərkəzi hissəsində qabığın qalınlığı cəmi 13 km-dir. Bundan kənarda isə 35 km-ə çatır. Turkana Rifti təxminən 500 km uzanır və Böyük Afrika Rift Sisteminin bir hissəsidir. Qeyd olunur ki, Afrika tektonik plitəsi hazırda ildə təxminən 4,7 mm sürətlə Somali plitəsi ilə tədricən ayrılır.

