Estoniya prezidenti Rusiya ilə danışıqlar barədə fikirlərini əsaslandırdı

Estoniya prezidenti Alar Karis Rusiya ilə danışıqlarla bağlı şərhlərini müdafiə edərək, onun fikrincə, hazırda Prezident Vladimir Putinlə dialoqa ehtiyac olmadığını açıqladı. Onun sözlərini ERR sitat gətirib.

Karis hesab edir ki, Rusiya ilə danışıqlar yalnız “dəyişiklik” baş verdikdə aparıla bilər.

“Müharibə nə vaxtsa bitəcək və bütün müharibələr bitəcək, mən bunu dəfələrlə demişəm – hətta Yüzillik müharibə də nəhayət başa çatdı. Bu o deməkdir ki, bundan sonra dünyanın vəziyyətini qiymətləndirməli olacağıq. Vəziyyəti Rusiya ilə bağlı da qiymətləndirmək lazım olacaq”, – deyə o bildirib.

Oxşar xəbərlər