Məşhur DJ Lia Lisse Bakıya gəlir – FOTO – VİDEO

Dünya səviyyəli DJ Lia Lisse Bakıya gələcək. O, mayın 22-də saat 23:30-da “Park Cinema Flame Towers” filialında keçiriləcək “Horror Night Party” gecəsində çıxış edəcək.

Bildirilib ki, Lia Lisse bu xüsusi gecə ilə bağlı sosial şəbəkələrdə videoçağırış da edib və tədbirə Bakı əhalisini şəxsən dəvət edib:

“Bu gecə üçün kinoteatr bağlanaraq tamamilə fərqli konseptə çevriləcək — məkan əsl gecə klubuna transformasiya olunacaq və Lia Lisse eksklüziv seti ilə gecənin ritmini idarə edəcək”.

Bununla yanaşı qonaqları kult horror personajları ilə immersiv şou, film nümayişi, barmen performansı, Go-Go dancers və “Blade” stilində qurulmuş immersiv gecə atmosferi gözləyir.

“Bu, Bakıda ilk dəfə keçirilən belə formatda gecə tədbiridir”, – deyə məlumatda qeyd olunub.

Biletləri buradan əldə edə bilərsiniz:

partyhttps://iticket.az/events/concerts/horror-night-party

Video Oynadıcı

Oxşar xəbərlər