Füzuli Memorial Kompleksinin tikintisi üçün 17.5 milyon manat xərclənəcək

Füzuli Memorial Kompleksinin tikintisinə başlanılacaq.

İctimai.az-ın məlumatına görə, bunun üçün “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ümumilikdə 17 milyon 505 min 400 manat xərclənməsi planlaşdırılır.

Qeyd edək ki, 17 oktyabr 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən Füzuli Memorial Kompleksinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalanıb.

Oxşar xəbərlər