“Təhsilli, bacarıqlı və uğurlu qızlar” layihəsinin icrasına başlanılıb

“Təhsilli, bacarıqlı və uğurlu qızlar” layihəsi “Azərbaycan Uşaqları” İctmai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ayırdığı qrant vəsaiti hesabına həyata keçirilməyə başlayıb.

Layihənin əsəs məqsədi inklüziv yanaşma əsasında həyata keçirilən fəaliyyətlərlə təhsildən yayınma, erkən nikah, məişət zorakılığı və sosial təcrid kimi ciddi risklərlə üzləşən qızların psixo-sosial rifahının yaxşılaşdırılmasına, onların özünəinam hissinin möhkəmləndirilməsinə, fərdi inkişaf imkanlarının genişləndirilməsinə, cəmiyyətə fəal inteqrasiyasına və gələcəkdə sosial-iqtisadi həyatda bərabər imkanlarla iştirakına şərait yaratmasından ibarətdir. Bu yanaşma sayəsində qızların şəxsi potensiallarının kəşf olunması, təhsil və məşğulluq imkanlarına çıxışlarının artırılması, həmçinin sosial bacarıqlarının inkişafı təmin olunur. Nəticə etibarilə, inklüziv dəstək mexanizmləri gənc qızların həm öz ailə və icmaları, həm də ümumilikdə cəmiyyət üçün daha güclü, müstəqil və dəyərli fərdlərə çevrilməsinə xidmət edir.

İcra edilən layihənin vəzifələrinə yeniyetmə və gənc qızlar, o cümlədən yuxarıda qeyd edilən kateqoriyaya aid benefisiarlar arasında yay məktəbinin təşkil edilməsi və oraya cəlb edilən iştirakçılarda özünü təqdimetmə, layihə ideyalarının hazırlanması, fərdi inkişafı və liderlik bacarıqlarının aşılanması daxildir.

Fəaliyyətlərə Bakıda yaşayan və xüsusi qayğıya ehtiyacı olan, potensial erkən nikah, məişət zorakılığına məruz, təhsildən kənar qalan və hazırda reabilitasiya keçən yeniyetmə qızlar, həmçinin tipik ailələrdəki orta məktəbin yuxarı sinif şagirdləri və universitet tələbələri olan qızlar cəlb ediləcək.

Layihənin qarşıya qoyulan məqsəd və vəzifələrinin reallaşması hədəf qruplarındakı yeniyetmə və gənc qızların özünəinam və ictimai fəallıqlarının artmasına müsbət təsiri olacaq.

Layihə bu ilin iyul ayında başa çatacaq.

 

Oxşar xəbərlər