11/06/2026

Dövlət Agentliyinə yeni sədr müavinləri təyin olunub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədrinə yeni müavinlər təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, yeni sədr müavinləri Tural Mailov və Kamran Əzizovdur.

İndiyə qədər T.Mailov sədrin rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlıq məsələləri üzrə müşaviri, K.Əzizov isə Agentliyin Nəqliyyat infrastrukturunun tikintisi departamentinin müdiri vəzifəsində çalışıb.

(Report)

Oxşar xəbərlər