Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Dilican şəhərində Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla işgüzar görüş keçirib.
“Qafqazinfo”nun məlumatına görə, görüş zamanı tərəflər Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər.
Tərəflər görüş ərəfəsində şəhər mənzərəsini seyr ediblər.

