18/06/2026

Bakıda Neft Emalı Zavodunda yanğın başlayıb

Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunda yanğın başlayıb.

İctimai.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

Oxşar xəbərlər