Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib.
İctimai.az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev səfirliyin təsis edilməsi haqqında qanunu təsdiqləyib.
Daha bir Sərəncamla Nazirlər Kabinetinə Lissabon şəhərində olacaq səfirliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etmək tapşırılıb.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.

