23/06/2026

“ Gənc mühasiblərin peşə bacarıqlarının artırılması “ layihəsinin icrasına başlanıldı

“ Gənc mühasiblərin peşə bacarıqlarının artırılması “ layihəsinin icrasına start verildi.
Gənc Mühasiblər İctimai Birliyinin “ Gənc mühasiblərin peşə bacarıqlarının artırılması “ layihəsinin icrasına başlanıldı.

Layihə Azərbaycan Respublikasının QHT- lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin əsas məqsədi universitet məzunları və işsiz gənclər üçün karyera planlaması, müsahibə bacarıqları və iqtisadi biliklərin artırılması istiqamətində imkanlar yaratmaq, onların məşğulluq səviyyəsini yüksəltmək və əmək bazarına inteqrasiyasını asanlaşdırmaqdır.

Bu layihə gənclərin məşğulluq səviyyəsini artırmaq, peşəkar bacarıqlarını inkişaf etdirmək və iş dünyasına inteqrasiya imkanlarını genişləndirmək məqsədi daşıyır.
Layihə çərçivəsində gənclərə 2 aylıq “F3 Mühasibatlıq Kursu və Karyera inkişaf təlimləri ” keçiriləcək. Bu kurs beynəlxalq standartlara uyğun olacaq və praktik mühasibatlıq bilikləri qazandıracaq. Daha sonra bu layihə çərçivəsində “İqtisadi Bacarıqlar və Karyera Günü” festivalı olacaq. Layihə nəticəsində gənclərin peşəkar bacarıqları, iqtisadi savadlılığı və məşğulluq potensialı əhəmiyyətli dərəcədə artacaq.


Layihə 3 ay müddətində icra olunacaq.

Oxşar xəbərlər