Hər il olduğu kimi, bu il də Avrokuboklarda “Qarabağ” mübarizəyə başlamaq ərəfəsində oyuna çıxarılan bilet satışında problem yaşanır.
İctimai.az xəbər verir ki, bilet satışını həyata keçirən “iTicket” tətbiqi və saytı bilet satışına dəqiqələr qala çökübvə problem bilet satışı gedişində davam edib.
Azarkeşlər bilet ala bilmədikləri, sayt və tətbiqin çalışmadığını, uzun elektron növbələr gözlədiklərini, növbə çatdıqda isə sistem xətası ilə üzləşdiklərini bildirirlər.
Bu barədə “iTicket”in sosial hesablarında iradlarını bildirən azarkeşlərə qurumdan hələ heç bir cavab verilməyib.



