20/07/2026

İspaniya DÇ-2026-nın qalibi oldu

Futbol üzrə dünya çempionatının finalında İspaniya millisi tarix yazıb.

İctimai.az xəbər verir ki, həlledici görüşdə İspaniya yığması Argentina millisindən üstün olaraq dünya çempionu adını qazanıb.

ABŞ-nin Nyu-Cersi ştatının İst-Ruterford şəhərində yerləşən “MetLife” stadionunda keçirilən qarşılaşmanın əsas vaxtı qolsuz heç-heçə başa çatıb.

Əlavə vaxtda İspaniya millisinin futbolçusu Ferran Torres 116-cı dəqiqədə fərqlənərək komandasını önə keçirib.

Bu qol İspaniyaya dünya çempionluğu sevincini yaşadıb. Argentina isə turniri ikinci pillədə başa vurub.

Oxşar xəbərlər