Almaniyada rəsmi səfərə yollanan Azərbaycan Prezidentinin nümayəndə heyətində yer alan Prezident köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu ölkədə fəaliyyət göstərən bloqer Tural Sadıqlı ilə söhbət edib.
İctimai.az xəbər verir ki, söhbət zamanı dövlət rəsmisi bloqerə həqiqətləri başa salıb.
“Verilişlərinizə çox vaxt ayırmıram, səmimi deyim. Sizə elə gəlir ki, Azərbaycanda hamı oturub sizin verilişlərinizə baxır, elə deyil. Həyatda ən çətin şey vətənə, dövlətə xəyanət etməkdir. O statusda yaşayan insanlara mənim yazığım gəlir”, – deyə Prezidentin köməkçisi T.Sadıqlıya izah edib.

