23/07/2026

Cəbrayılda traktorçu minaya düşdü

İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Hasanlı kəndi ərazisində 2026-cı il iyulun 23-də mina partlayışı hadisəsi baş verib.

İctimai.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayıb.

Bildirilib ki, Cəbrayıl rayonu Qumlaq kənd sakini, 1979-cu il təvəllü Elşən Bəhlul oğlu Şəmilov minalardan təmizlənməmiş ərazidə traktorla yer şumlayarkən mina partlayışı nəticəsində xəsarət alıb.

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər