25/07/2026

İlham Əliyev Milix Yevdayevlə bağlı sərəncam imzalayıb

Milix İlxananoviç Yevdayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

İctimai.az President.az-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanın ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Milix İlxananoviç Yevdayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, M.Yevdayev Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədridir.

Oxşar xəbərlər