28/07/2026

Qobustandakı yeni körpü istifadəyə verildi

M-2 Bakı–Ələt–Qazax–Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisində inşa edilən yeni avtomobil körpüsünün tikintisi yekunlaşıb.

İctimai.az xəbər verir ki, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, layihə çərçivəsində köhnə körpü sökülərək onun yerində müasir standartlara cavab verən yeni biraşırımlı körpü inşa edilib.

Körpü müasir mühəndislik tələblərinə uyğun layihələndirilərək tikilib. Tikinti işləri çərçivəsində körpünün dayaqları və aşırım qurğusu inşa olunub, yanaşma hissələri abadlaşdırılıb, təhlükəsizlik çəpərləri, səki hissələri və digər yol infrastrukturu elementləri quraşdırılıb.

Artıq yeni körpü nəqliyyat vasitələrinin istifadəsinə verilib.

Oxşar xəbərlər