29/07/2026

“SİMA İmza”nın üztanıma həlli kirayə mənzil seçimində tətbiq olunacaq

SİMA rəqəmsal imzanın biometriya texnologiyası İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) kirayə mexanizmi çərçivəsində keçirdiyi növbəti mənzil satışlarında tətbiq ediləcək.

Yeniliyə əsasən, vətəndaşlar kirayə mənzil seçimi zamanı müraciətlərini parol və ya digər təsdiqləmə üsulları ilə deyil, yalnız “SİMA İmza”nın üztanıma funskionallığı ilə təsdiqləyə biləcəklər.

Bu yanaşma seçimlər zamanı təhlükəsizliyin və şəffaflığın təmin edilməsi üçün həyata keçirilib və kənar şəxslərin başqasının adından prosesə müdaxilə etməsi riskinin qarşısını almaq məqsədi daşıyır. Belə ki, burada biometrik identifikasiya sayəsində hər bir təsdiq əməliyyatı birbaşa müraciət sahibinin iştirakı ilə həyata keçirilir.

“SİMA İmza”nın biometrik identifikasiya üsulunun tətbiqi ilə bağlı təlimatla bu keçid vasitəsilə tanış ola bilərsiniz.

“SİMA İmza” haqqında

SİMA yeni nəsil rəqəmsal imza “AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yaradılıb. Həll istifadəçilərə sənəd və müraciətləri fiziki daşıyıcıya ehtiyac olmadan, istənilən vaxt, istənilən yerdən sürətli şəkildə imzalamaq imkanı yaradırSİMA rəqəmsal imzanı xidmət məntəqəsinə getmədən ödənişsiz şəkildə mobil tətbiq vasitəsilə əldə etmək mümkündür.

Oxşar xəbərlər